Hakimiyyətə gəlişi
Intriqalar nəticəsində şübhəli bir şəkildə öldürülən Anastasi’nin yerinə oğlu olmadığından, Bizans taxtına senat tərəfindən 518-ci ildə Anastasi’in gözətçi qüvvələri komandiri olan Yustin seçildi. Yeni İmperator ərlikdən zabit sinfinə yüksəlmiş və 65 yaşında gözətçi qüvvələri komandiri olmuşdu. Hərbi sahədə bacarıqlı olmasına baxmayaraq cahil və təcrübəsiz olan Yustin oxumağı belə bacarmırdı.Taxta çıxmadan əlli il əvvəl iyirmi yaşlarında bir cavan ikən İstanbula gəlib yerləşmişdi.Nəhayətində o, yetmiş yaşlarında İmperator olmuş Makedonyalı bir kəndli idi. İmperator Yustin’in doqquz illik səltənət dövrü (518-527) olduqca silik keçdi. Çünki bu dövr ərzində o nə döyüşdü, nə də adından söz etdirecek böyük işlər gördü. Onun dövründə edilən ən önəmli işlərdən biri, Roma ilə dini ayrılığa son verilərək Monofizitlərin şiddətlə izlənilməsi oldu.Hakimiyyətə gəlişi Bizans tarixində yeni bir xanədanın quruluşunu işarələyən Yustin, əgər özündən sonra böyük imperator olacaq olan adamı taxta oturtmasaydı bəlkə də ondan heç bəhs olunmayacaqdı.Bu xanədanlıq dövrünə damğasını vuran İmperator Yustin’in ardınca taxta çıxan və ən böyük köməkçisi olan qardaşı oğlu I.Yustinian'dır.O,uşağı olmadığı üçün ölən qardaşının oğlu I.Yustinian’ı öz səltənətinə varis göstərmişdi. I. Yustinian’ın dövrü isə şərqdəki Romanın Bizanslaştığı dövr olacaq.
I.Yustinian 483-ci ildə İllyricum əyalətindəki Scupi (Skopje) yaxınlığında Tauresium adlı kiçik bir kənddə doğulmuşdu.Yustinian adı mənbələrdə müxtəlif formada yazılmışdır.İmperatorun əsl adı isə Flavi Peter Sabbati olmuşdur.Lakin 521-ci il tarixli sənəddə adı Flavi Peter Sabbati Yustinian olaraq görülür ki,bu da bu tarixdən əmisi Yustin tərəfindən himayə edildiyini göstərir
Kostantinopol'a gəldikdə burada hüquq, din və Roma tarixi oxuyaraq yaxşı bir təhsil aldı, Roma və xristian idealları ilə yetişdirildi. I.Yustinian dövlət rəhbərliyində təcrübəli, yetkin fikirli, mətin xarakterli, çalışqan idi. Öz saray adamlarından biri ona "heç yatmayan imperator" demişdi. I.Yustinianın nizam və idarə mövzusundakı diqqətinə baxmayaraq;qüruru,dikbaşlılığı, xüsusilə qərarsız olması ilə zəif iradəli biri idi. Əgər idealını daşıdığı fikir böyük olmasaydı orta səviyyədə bir hökmdar olaraq xatırlanacaqdı
Əmisi Yustin’in zamanında 521-ci ildə konsul, 1 Aprel 527-ci ildə isə imperiya məsləhətçisi olaraq təyin edildi. I.Yustinian əmisinin köməkçisi olaraq dövlət siyasətinə hakim idi.Əmisi öləndən sonra Yustinian taxtda oturdu. I.Yustinian’ın otuz səkkiz il yeddi ay on üç gün davam edən uzun səltənəti Bizans İmperatorluğunun ilk parlaq dövrüdür.
Xarici siyasəti
I.Yustinian Hipodrom'da yarış atları yetiştiricisi olan Theodora'yla 523-ci ildə evləndi. Theodora İmparator'dan əvvəl 548-ci ildə ölsə də ölümünə qədər İmperatorun ən böyük köməkçisi oldu. İmperator Teodora'nı özüylə bərabər səviyyədə, müstəqil səltənət sahibi olaraq taxta oturtdu. Idarəçilərindən istənən bağlılıq andında onun adı I.Yustinian’la birlikdə anılırdı.
I.Yustinian, taxta oturduğu zaman İmperatorluq V əsrin sonundan bəri keçirməkdə olduğu ağır böhrandan yeni xilas olmuşdu. Əmisi Yustin’in hakimiyyətinin son illərində İranlılar təkrar hücuma keçdiyinə görə ordunun böyük bir qisimi şərqdə yerləşirdi. I.Yustinian taxta keçdiyində İranla olan mübarizələri davam edirdi. İmperator I.Yustinian 532-ci ildə qərbə edəcəyi səfərlərdə daha rahat hərəkət edə bilmək üçün xərac ödəmə qarşılığında İran hökmdarı Xosrov I Enuşirəvan ilə "əbədi sülh" sazişini imzaladı. Ancaq İmperator I. Yustinian’ın gizlətməyə ehtiyac duymadığı dünyaya hakim olma planlarından narahat olan İran hökmdarı I Xosrov, Bizansın qərbdə məşğul olmasını fürsət bilərək 540-ci ildə bu müqaviləni pozdu və Suriya üzərinə hücum etdi.Daha sonra Antakyanı təxrib edərək Aralıq dənizi sahilinə qədər irəlilədi. İranlılar Ermenistan və İberia'ya hücum edərək Lazika bölgəsini əllərinə keçirdilər. Bizans ordusu İranlıların qarşısını ala bilmirdi.Bizans imperatoru həlli verginin miqdarını yüksəltmək yolu ilə beş illik bir sülhdə gördü. Bu razılaşma, iki dəfə daha uzadıldıqdan sonra, ancaq 562'de vergilər təkrardan yüksəldilərək möhkəm bir sülh müqaviləsi imzalandı. İmperator I.Yustinian, bu sülh qarşılığında İrana ağır bir vergi ödəməyi qəbul etdi.
527-ci ildə taxta çıxan və özünü köhnə Roma İmparatorları'nın xələfi olaraq görən I. Yustinian’ın siyasəti, bütün köhnə Roma torpaqlarını barbarlardan geri alaraq İmperatorluğu təkrar köhnə sərhədlərinə çatdırmaq və Roma İmperiyasını yenidən qurmaq idi. Yeni imperatorun hədəfi bu torpaqların üzərinə "Vahid dövlət, vahid hüquq və vahid Kilsə" prinsipini yerləşdirmək idi. Yustinian imperatorluğunun universallığını təkrar geri gətirmək istədiyini bir çıxışında belə ifadə edirdi: "Keçmişdə var olan hər şeyi ... dəyəri azalmış olmaqla birlikdə ... yenidən qururuq ... Romalıların adına hörmət göstərməklə, dövlətimizdə keçmişin daha böyük bir ölçüdə canlanmasını təmin edəcəyik ". İmperator bu hədəf istiqamətində Romanın torpaqlarını barbarlardan geri almaq üçün ordunu qərb səfərinə göndərmək istəyirdi
I.Yustinian Nika Üsyanını (bu haqda məlumat üçün digər məqaləyə baxa bilərsiniz) yatırdıqdan sonra, qərbə daha rahat bir şəkildə səfər edə bilmək üçün, əvvəl də qeyd etdiyimiz kimi şərqdəki İranlılarla "əbədi sülh" sazişi bağlayaraq onlarla müharibəni dayandırmışdı. İmperatorluğun içində və xaricində təhlükəsizliyi təmin etdikdən sonra almanların yerləşmiş olduğu köhnə Roma əyalətlərini bu qövmlərdən qurtarmaq üçün qərbə doğru hücum etdi. Qərbdəki vəziyyət Yustinian’ın lehine idi. İtaliya və Afrikada Qotlar'ın hökmranlığında olan xalq, imperatorluq nüfuzunun geri gəlməsini istəyirdi. Vandal və Ostqot padşahlıqları isə aralarındakı ədavətə görə ortaq düşmənə qarşı birleşmirdi.Yustinian, Nika Üsyanını qanlı bir şəkildə yatıran komandiri Belisari’ni Afrikadakı Vandalların üzərinə göndərdi. Vandallara qarşı parlaq bir zəfər qazanan komandir Belisari İstanbula çağırıldı. Onun dönməsindən sonra barbarlar böyük bir üsyan çıxartdılar. Döyüşlər yorucu bir şəkildə 548-ci ilə qədər davam etdi. Bu səfərlər nəticəsində Vandal Krallığı aradan qaldırılaraq Şimali Afrika itaət altına alındı. İtaliyada Ostqotlara qarşı edilən səfərlər isə çox daha bezdirici olub uzun illər davam etdi.Daha sonra Ostqotların əlində olan Dalmaçya'ya qarşı hərəkətə keçildi.Belisari’nin əmrindəki ikinci ordu da dəniz yolu ilə Sicilya'ya gəldi və çox çətinlik çəkilmədən ada alındı. Buradan İtaliyaya keçən Belisari, Napoli və Romanı işğal etdi. 540-ci ildə ostqotların mərkəzi Ravenna alındı və kral həbs edildi. Səfərlərində olduqca müvəffəqiyyətli olan komandir Belisarius məhbus padşahla birlikdə İstanbula döndü. Ostrogotları yeni Kral Totila rəhbərliyində tez toparlandılar. Totila'nın qazandığı uğurlar üzərinə İran cəbhəsində olan Belisari geri çağırılaraq İtaliyaya göndərildi. Bizansın İtaliya və adalarda zəbt etdiyi yerlər ostqotlar tərəfindən geri alınırdı. Ancaq bu səfər komandir Belisari özündən gözlənilən müvəffəqiyyətləri göstərmədikdə geri çağırılaraq yerinə dövrün ikinci böyük komandiri Narses vəziyyəti Bizansın lehinə çevirdi. 552-ci ildə Busta-Gallarum döyüşündə ostqotlar məğlubiyyətə uğradıldı və Totila qaçarkən öldürüldü. 20 il davam edən bu çətin döyüşlərdən sonra 554-ci ildə İtaliya, Dalmaçya və Siciliya, Bizans İmperatorluğunun rəhbərliyində yenidən birləşdirildi. Buraları zəbt etmiş olan Got Krallığı isə dağıldı. İtaliya təkrar alınsa da uzun sürən bu müharibələr əsnasında başdan-başa dağılmışdı. İmperator I.Yustinian, Revanna şəhərini İtaliyanın yeni mərkəzi edərək buraya imperator vəkili olaraq bir eksarh göndərdi. Vestqotlar arasındakı taxt döyüşlərindən faydalanmaq istəyən İmperator, son hərbi səfərini 550-ci ildə İspaniyadakı vestqotlara qarşı etdi. Bu dəniz səfəri böyük bir müvəffəqiyyətlə nəticələndi. Yarımadanın cənub-qərb hissələri Malaga, Karfagen və Kordova, vestqotlardan alınıb Bizansa birləşdirildi.Qərbə edilən səfərlərin nəticəsində; Şimali Afrikanın hamısı Vandallardan, İtalyanın hamısı ostqotlardan təmizləndiyi kimi cənubi İspaniya da imperatorluğun torpaqlarına qatılmışdı. Bu uğurlar nəticəsində sanki köhnə "Imperium Romanum" yenidən qurulmuş kimi idi.İmperatorluğun sərhədlərinin ən geniş olduğu bu dövrdə dövlətin torpaqları, İspaniyadan başlayıb İtaliya, Yunanıstan, Balkanların böyük bir qismi, Anadolu, Qafqaz (bir qismi) və bütün Yaxın Şərq ilə Şimali Afrikanı əhatə edirdi. I.Yustinian’ın xəyalları demək olar ki,reallaşmışdı. Qərbi Romanın torpaqlarını təkrar ələ keçirmiş və bu torpaqlara bir müddət hakim olmuşdu. Lakin buna baxmayaraq Qərb ilə Şərqi birləşdirmə proyektini tam olaraq həyata keçirməmişdi. I.Yustinian, döyüşlər nəticəsində qazandığı bu böyük müvəffəqiyyətləriylə şan və şərəf qazanıb İmperatorluğun sərhədlərini olduqca genişlətmişdisə də Roma İmperiyasını yenidən qurma idealını gerçəkləşdirə bilməmişdi. Avropada Dunay etrafındakı bolqarlar və Slovenlər müxtəlif tarixlərdə Balkanlara təhlükəli axınlar edərək ətrafı yağmalayır və dağıdırdılar. Hunlar da Adriyatik'dən Konstantinopol ətrafına qədər olan yerləri yağmaladlar. 120 000 əsirlə geriyə döndülər. Balkanlarda qorxu və dəhşət o dərəcə artırdı ki, xalq istehkam mövqeləri tərk edərək meşələrə və dağlara qaçırdı. Yaşanan bu hadisələr, İmperator I. Yustinianı qərbdəki uğurlarına reğmen meqsedine çatdırmadığı kimi Şərq ilə Qərbin daha da ayrılmasına səbəb oldu.
Daxili siyasəti
Hər nə qədər imperatorluğun sərhədləri genişləsə də dövlətin içdəki vəziyyəti heç də ürəkaçan deyildi.Ölkədə vəziyyət gərgin idi.İdarədə rüşvət, vilayətlərdə səfalət və nizamsızlıq hökm sürürdü. Dövlət rəhbərliyində az qala rüşvətsiz iş görülməz olmuşdu.Qanunların açıq və aydın olmaması səbəbiylə ədalət birtərəfli idi.Bu vəziyyətin ən pis nəticələrindən biri də vergilər tamamilə toplanmadığından gəlirlərin getdikcə azalması idi. Təcili olaraq məhkəmə və inzibati islahatlara ehtiyac var idi.İmperator I.Yustinian,dövlət içindəki bu başıboşluğa son verib nizamı təkrar təmin etmək üçün köməkçisi Trebonian'u köhnə qanunların toplanıb düzənlənməsində vəzifələndirdi.Hazırlanan bu qanunlar, özündən əvvəlkilərə əsaslanaraq yaradılmışdı.528-ci ildə qurulan komissiya, başlanğıc olaraq İmperator Adrian'dan bəri çıxarılan bütün imperiya qanunlarını bir-birinə zidd olsa da tamamilə sistematik bir şəkildə bir yerə topladı və təsnif etdi.Köhnələr təməl alınaraq yenidən qələmə alınan bu qanunlar, 530-ci ildə qurulan başqa bir komissiya tərəfindən ikinci və üçüncü əsr hüquqçuların əsərlərindəkilərlə yenidən təsnif edilərək birləşdirildi. Bu böyüyü 533-ci ildə bitdi. Buna Digest ya da Pandeks deyilirdi. Bu qanunlar keçmişin tam da kopiyası deyildilər. Köhnə qanunlar qısaldılıp, hələ də Bizansda yaşamaqda olan ənənə və adətlərə görə uyğunlaşdırılmışdı. Bu qanunlar, düşüncə açıqlığı içində, ictimai, xüsusi həyat, dövlət, fərd və mülk əlaqələrini əhatə edirdi. Dinin təsiriylə insanları köləlikdən azadlığa qovuşdurmaq məqsəd qoyan bu qanunlarda, xüsusilə ailə hüququ köhnəyə görə çox daha mülayim idi. Ancaq iqtisadi yük yenə yarı azad kəndlilərin (kolon) çiyinlərinə yüklənmişdi. Hətta onların torpağa bağlılığı çox sərtliklə tətbiq olunmuşdu.XII əsrə gəlindiyində qərbdə Roma hüququna dönüş başlamış və Yustinian'ın şekillendirdiyi bu Roma hüququ Avropada son dövrlərə qədər təsirini davam
etdirmişdir. Yustinian bu qanunlarla o vaxta qədər bilinməyən sosial ədalət, ümumi əxlaq və insaniyyət qayğılarınını bir arada toplamış olur.Theodosi'nin qanunnamesi'nden fərqli olaraq I. Yustinian'ın 12 qanun kitabı Xristianlıq inancının problemlərinə və VI. əsrin dini, ictimai və iqtisadi məsələlərinə həsr olunmuşdu.380-ci ilə aid olub, daha sonra I.Justinianos'un qanununa əlavə olunan bir imperatorluq fərmanı, "Bizim iradəmizdir ki ... "deyə başlayır və belə davam edir:"İdarəmiz altındakı bütün xalqlar, səmavi həvari Peterin Romalılara nəql etdiyi dini tətbiq edirlər .... Ata, Oğul və Müqəddəs Ruh, bərabər Müqəddəs Təslis altındakı tək tanrılığına iman gətirəcək. Bu qanuna uyğun gələn kəslərin, Katolik Xristianlar adını qəbul etmələrini buyururuq. Bununla birlikdə, ağılını qaçırmış və dəli olaraq gördüyümüz (dementes vesanosque) geri qalanlar, azğınlara bağlı qalmanın rəzilliyini davam etdirəcəklər.Yığıncaq yerləri kilsə adını almayacaq və ilkin vizual intiqam, ikinci olaraq da, vizual mühakiməyə uyğun olaraq, bizim öz əlimizlə verəcəyimiz haqlı cəza yolu ilə yandırılacaqlar ".
Yustinian,
535-ci ildə idarə və ədliyyəni qaydaya salmaq üçün iki əmrnamə çıxardı; burada
bütün məmurlara verdiyi yeni vəzifələri qeyd edir və hər şeydən əvvəl xalqın
idarəsində son dərəcə dürüstlük tövsiyə edirdi. İmperator, eyni zamanda məmurluğun
pulla alınmasını qadağan etdi, maaşları artırdı, lüzumsuz məmurluqları qaldırdı
və nizamı daha yaxşı təmin etmək üçün bir çox vilayətlərdə sivil və hərbi
orqanları birləşdirdi. Bu tədbirlər imperatorluğun idarə tarixində böyük nəticələr
verəcək olan bir islahatın başlanğıcı idi. Ədliyyə idarəsini və paytaxt
polisini yenidən təşkil etdi; bütün imperatorluq içərisində yenidənqurma işlərinə
böyük bir önəm verir, yollar, körpülər, su kəmərləri, hamamlar, teatrlar, kilsələr
tikdirir və 532 üsyanında qismən yıxılan İstanbulu görülməmiş bir ehtişamla
yenidən qurdurur. I.Yustinianın yaxşı əməllərinə baxmayaraq, məhkəmə
və inzibati islahatlar gözlənilən nəticəni vermədi.Xərclərin son dərəcə
ağırlığı və bunun nəticəsi olaraq pul ehtiyacı,imperatorluğu səfalətə salan və
onu dərmansız bir hala gətirən müdhiş bir maliyyə despotizmi meydana gətirdi.
Bu edilən islahatlardan yalnız bir tək şey ortaya çıxdı. O da 541'de qənaət məqsədli
olaraq konsulluğun ləğvi idi. Romanın şərqində qismən müvəffəqiyyətli
olan bu yenilik işləri edilərkən, Qərbi Roma torpaqlarında feodalizm
yayılmışdı. Xalqın rəsmi hökumət rəhbərliyiylə əlaqəsi hər keçən gün daha da
azalırdı. Şərqin imperatoru isə islahatlarla bunun qarşısını almağa çalışırdı.I
Yustinianın çıxardığı qanuna görə: "Heç kim, sabit bir kirayə ya da başqa
xidmətlər qarşılığında kəndlilərə qoruma vəd etməməli ya da onları qoruması
altına almamalıdır. Bu qadağanı hər kim pozarsa
cəzalandırılacaq
". Qərb Romadan fərqli olaraq qorumaçılığa qarşı başladılan mübarizə Bizans
tarixi boyunca da davam etdi.Bizansda ənənəvi konsulluq
və praetorluq orqanları, hətta torpaqlı aristokratiyadan ibarət
bir senat belə var idi; amma bunlar məşvərətçi, keçmişin qalıntıları idi. Dövlətin
gerçək quruluşu və idarəsində heç bir əhəmiyyətləri yox idi. Romanın qərbində feodal quruluş sürətlə yayılarkən şərqdə I. Yustinian tərəfindən
çıxardılan qanunlarla bunun qarşısı alındı.
İmperator,
dini münaqəşələrdən xoşlandığı və eyni zamanda dövlətin mənafeləri bunu tələb
etdiyi üçün, kilsə işləri ilə məşğul olurdu.Dindarlığını göstərmək üçün, din
müxaliflərini şiddətlə təqib etdi və 529-ci ildə içində müşrik təhsil üzvlərinin
olduğu Afina universitetini bağladı. Müxalif etiqadda olanları cəzalandırdı.
Onun dövründə xalq içində iştirak edən bütpərəstlər, Rafiziler və Yəhudilər
haqsızlıqlara məruz qaldılar. Hər növ mədəni hüquqlardan məhrum edildilər.
Khalkedon məclisindən hökmlərini qəbul etməyən Manicilere və
Montanusçulara açıqca işgəncələr edildi. Monofizit yepiskop
qovuldu ya da qaçmaq məcburiyyətində qaldı. Digər tərəfdən
kilsəni
öz fikirlərinə görə idarə etdi. Arzusunu despotça və zorla qəbul etdirərək
özünü açıq-aşkar "imperator və keşiş" elan etdi.
Katolik
etiqadına sadiq olduğuna görə bunu dövlət vəzifəsi sayardı.
O, özünün Tanrı tərəfindən seçildiyini və işlərində səhv
etməməsi üçün mələklər tərəfindən izlənildiyinə inanırdı. İmperator özünü
Tanrının yer üzündəki nümayəndəsi və kilsənin də əfəndisi saydığı üçün
Xristianlığın ən böyük kilsəsini inşa etmək istədi. Bu düşüncəsini Bizans sənətinin
ilk böyük görkəmli əsəri olan Ayasofya ilə gözlər önünə sərdi. I Yustinian Dövründə
Xristian mədəniyyətinin əvvəlinə görə daha da ağırlıq qazandığını görürük. Konstantinopol'un Roma ilə yaxınlaşması şərq əyalətlərinin ona qarşı olan
sevgisini azaltmışdı. Bu vəziyyətin Konstantinopolda əksini Müsəlman Akıncılar gəldiyində daha
yaxşı görürük. Misir və Suriya xristianları incikliklərini Bizans əleyhinə olan
rəftarları ilə nümayiş etdirirdilər. Təkrardan Şərq
əyalətlərindəki
Xristian məzhəbləri ilə razılığa gəlmək üçün verilən güzəştlər Roma ilə
Konstantinopol kilsələrinin arasını yaxşıca açmışdı. Teodora'nın tövsiyə etdiyi
birləşmə və tolerantlıq siyasəti şübhəsiz çox yerində və düzgün idi.
I.Yustinian'ın açıqdan açığa bu fikrə qatılmaması və qərarsızlıq göstərməsi
üzündən,o,şərq əyalətlərini də özündən soğutmuştu.Onların imperiyaya qarşı
milli kinləri arttı. Qısacası I.Yustinian, öz inancını tək gerçək
və hər kəs üçün məcburi din sayaraq, 527-ci ildə "Tanrı və insanlar
qarşısındakı ilk vəzifəsinin", yalnız Papalığı deyil, Yəhudilik və
Samiriliği də ehtiva edən bütün azğınlıqları təmizləmək olduğunu açıqladı.
I.Yustinian tətbiqləriylə Şərq ilə Qərb arasındakı məzhəb birliyini təmin edə
bilmədiyi kimi onların bir-birinə qarşı olan kinini daha da artırıb birindən
uzaqlaşdırmışdı.
Həyatının son dövrlərində,
xüsusilə arvadının vəfatından sonra əvvəllər heç kəslə paylaşmadığı nüfuzunu nazirlərinə
buraxdığı görülməkdədir. İmperator 83 yaşından sonrakı günlərini daha çox
saraydakı otağında çalışaraq keçirmişdi.O yalnız Böyük Kilsəyə getmək üçün
saraydan çıxırdı.Artıq xatirələr içində zaman keçirirdi.I.Yustinian bizim
Bizanslı olaraq bildiyimiz insanlar arasında ilk olmuşdu. Yaz və yaz aylarını
sakit bir şəkildə keçirən İmperator 14 noyabr 565-ci ildə infarkt keçirərək
öldü. İmperator I. Yustinianın cənazəsi əvvəl sarayda qızıl və ləl-cəvahiratlı
bəzəkli bir katafalka qoyuldu və daha sonra kilsədəki bir mərasimlə arvadı
Theodora'nın yanında torpağa verildi. Bizans təlimi I. Yustinianın
40 ilə yaxın hökmdarlığı dövründə ən yaxşı vəziyyətinə çatır. İmperatorluğun üç
rəsmi təlimi var idi. Bu üç təlimdən birincisi Xristianlıq dini, ikincisi Roma
hüququndan gələn fikirlər üçüncüsü isə tanrısal mənşəli olduğu inancıdır.
I. Yustinian İmperatorluğun müxtəlifliyinin, böyüklüyünün amma eyni zamanda
qarışıqlığın da simvolu olmuştur. Həyatı boyunca iki məqsəd üçün
çalışmışdır.Birisi Xristianlıq dinin təbliği,digəri də Şərq ilə Qərbin tək
imperatoru olmaq idi.O, bu iki böyük fikrin temsilçisi idi. I.Yustiniandan
başqa şərqdə,demək olar ki,heç bir hökmdar qərbi yenidən fəth etməyi əsla
düşünməmişdi
Hərbi
müvəffəqiyyətləri ilə köhnə Roma İmperiyasını yenidən qurmuş kimi görünən
I.Yustinian hüququ yenidən təşkil etdiyi kimi bütün sərhədlərdə geniş bir müdafiə
sistemi təsis edərək mərkəzi idarəni qüvvətləndirdi. Müvəffəqiyyətlərini
İmperatorluq səviyyəsində abadlıq fəaliyyətləri ilə taclandırmak istədi. I.Yustinian
imperatorluğun müdafiə strukturlarını sağlamlaştırdı yaxud yenilərini tikdirdi.
Su yolları açdırdı, körpülər tikdirdi, çayların yataqlarını dəyişdirdi. Yer
üzündəki ən yaxşı mühəndislər və ən üstün texnologiya onu idi. Nika üsyanında
yanmış olan Ayasofyanı, Müqəddəs Məryəmin adına Roma memarlıq ənənəsinin son
nümunəsi və yeni Bizans sənətindən ilk tətbiqlərlə möhtəşəm bir şəkildə 5 il 10
ay 4 gündə təkrar inşa ettirdi İmperatorun tikdirmiş olduğu
Ayasofya, Bizans sənətinin şah əsəri olub illərə meydan oxuyaraq günümüzə qədər
çatmışdır. Ancaq, I. Yustinianın Roma İmperatorluğunu bir yana "tək
universal Xristian İmperatorluğu" xəyali qısa zaman sonra sönmüşdü. Hədəfə
çatma adına edilən fəaliyyətlər zamanla israfa və İmperatorluğun gücünün zəifləməsinə
səbəb olmuşdu. Onun xərclərini ödəmək sonrakı hökmdarlara qalmışdır.
I. Yustinianın fəthləri də uzun ömürlü olmamışdır. Qırx il sonra İspaniya vestqotların
əlinə keçmişdir. İstanbul ilə İtaliya arasındakı quru əlaqəsi Bolqar və
Slavyanların hücumları ilə təhdid altında idi. I. Yustinianın ölümüylə
İmperatorluq ən pərişan dövrünü yaşamağa başladı. İmperatorluq çox genişlənmiş
olmasına baxmayaraq hərbi və maliyyə baxımdan xarab və bitik bir halda idi.
Daxildə və xaricdə
qarışıqlıqlar və hücumlar getdikcə daha da artırdı. Oğlu II. Yustinin
qarışıqlıqlar və hücumlar getdikcə daha da artırdı. Oğlu II. Yustinin
atası
I. Yustinian üçün söylədiyi sözlər onun atasına olan sevgisini göstərməklə bərabər
dövlətin içinə düşdüyü vəziyyəti də ən yaxşı şəkildə izah edirdi;
"Dünyanın və şəhərimizin işığı, atamız Yustinian, sevildiyin sarayı tərk
mi edirsən? Qohumlarını, xidmətkarlarını və xalqını yalnız mı buraxırsan? Ölkəni
heç mi düşünmürsən? Avarlara, mərhəmətsiz franklara, Gotlara və digər irqlərə,
millətlərə bax! İmkanlarını yaxşılaşdıraraq ətrafımızda döyüş üçün
hazırlanırlar. Sən belə ölmüş yatarkən, biz hansı güclə bunlara qarşı
qoyacağıq? "
İstifadə olunmuş ədəbiyyat
Ahmed
Refîk, Bizans İmparatoriçeleri,(Çev. Muammer Yılmaz), İstanbul, 2012.
AKALIN,“Roma Uygarlığı”,İstanbul, 2010.
AKYÜREK Engin, “Bir Ortaçağ Sanatı Olarak
Bizans Sanatı”,İstanbul 1996.
BARKER
Ernest, I.Justinianos’tan Son Palaiologos’a Kadar Bizans Toplumsal ve Siyasal
Düşünüşü, (Çev. Mete Tunçay), İstanbul, 1982
BAŞTAV
Şerif, Bizans İmparatorluğu Tarihi Son Devir (1261-1461) Ankara, 1989.
BAYLADI
Derman, Bizans’ta Üç İmparatoriçe Theodore-İrini-Zoe,İstanbul, 2009.
BROWN
Peter, Geç Antikçağ’da Roma ve Bizans Dünyası, (Çev. Turhan Kaçar), İstanbul,
2000.
BURY
J.B., A History Of The Eastern Roman Empire The Death Of Theodosius 1.toThe
Death Of Justinian (395-565), C.I, London, 1923.
ÇELİK
Mehmet, Siyasal Sistem Açısından Bizans İmparatorluğu’nda Din-Devlet
İlişkileri-I (Kuruluşundan X.Yüzyıla Kadar),İzmir, 1999.
DALBY Andrew, Bizans’ın Damak Tadı Kokular,
Şaraplar, Yemekler, (Çev. Ali Özdemir), İstanbul, 2004.
DİEHL
Charles, Bizans İmparatorluğunun Tarihi, (Çev. A.Gökce Bozkurt),İstanbul,
2010.
DİKİCİ
Radi, Şu Bizim Bizans, İstanbul, 2007.
EKREM
Reşat, Bizans Tarihi (Şarki Roma İmparatorluğu 395-1453), İstanbul, 1934.
GİBBON
Edward, Roma İmparatorluğu’nun Gerileyiş ve Çöküş Tarihi, (Çev. Asım
Baltacıgil), C.4, İstanbul, 1994.
GRANT Michael, Roma’dan Bizans’a, (Çev. Z.Zühre
İlkgelen), İstanbul,
HERRİN
Judith, Bizans, Bir Ortaçağ İmparatorluğunun Şaşırtıcı Yaşamı, (Çev.Uygur
Kocabaşoğlu), İstanbul, 2010.
IŞIN
Ekrem, "Bizans Yok Demekle Bizans Yok Olmaz", İstanbul, 2001
KAPLAN Michel, Bizans’ın Altınları, (Çev.
İhsan Batur), İstanbul, 2001.
KARAMUK Gümeç, “Dağılmış Roma
İmparatorluğu’nun Alanında Roma Zihniyetinin İzleri“, Ankara, 2004.
LAMB Harold, Theodora ve İmparator,
Jüstinyen’in Dramı, (Çev. İbrahim Şenel),İstanbul, 2011.
MANGO
Cyrıl, "Bizans'ın Bıraktığı İzler...", (Çev. Ahu Antmen),
İstanbul, 2001.
OSTROGORSKY
Georg, Bizans Devleti Tarihi, (Çev.Fikret Işıltan),Ankara, 1999.
PRALONG Annie, Bizans Yapılar, Meydanlar, Yaşamlar,
(Çev. Buket Kitapçı Bayrı), İstanbul, 2011.
PROKOPİUS,
Bizans’ın Gizli Tarihi,(Çev. Orhan Duru), İstanbul, 1999.
Tamara
Talbot, Bizans’ta Günlük Yaşam, Konstantinopolis Bizans’ın Mücevheri, (Çev.
Bilgi Altınok), İstanbul, 1998.
UÇAR
Şahin, Anadolu’da İslâm-Bizans Mücadelesi, İstanbul, 1990.
VIKAN
Gary, "Bizans Sanatı", (Çev. Deniz Hakyemez-Yurdanur Salman),
İstanbul, 2001.
YILDIZ
Hakkı Dursun, “Bizans Tarihi” ,İstanbul, 1982.
Ehsen��
YanıtlaSil