VI. əsr
başlarında Konstantinopol, əxlaq fəsadına uğramış bir şəhər idi. Fahişəlik və
digər əxlaqsızlıqlar, hətta cinayətlər açıqdan açığa ictimai bir şəkildə edilərdi.
Hər yerdə gecə-gündüz qumar oynanır və sərvətlər məhvolurdu. Bu pisliklər o qədər
ümumi olmuşdu ki, kilsə mənsubları belə özlərini bu işlərdən yayındırmırdılar.
Bu əxlaqi pozulmanın ən əsas səbəbi isə Hipodrom və teatr idi. Tarixdə demek
olar ki,heç bir xalq Hipodrom yarışlarına Bizanslıların göstərmiş olduqları
marağı göstərməmişdir. X. əsrə qədər taxtadan, daha sonraları mərmər olaraq döşənilən
tribunalar, 30.000 ilə 50.000 arasında tamaşaçı ala bilirdi. Pulsuz olan
yarışlar, azuqə paylanması qaldırıldığında belə diqqət çəkməyədavam etdirdi.Avtomobil
yarışlarında qalib gələn sürücülər, o günün kralları olurdu. İmperator onları təbrik
edir və hökumət adından heykəlləri hazırlanıb şəhərdə nümayiş olunardı.Xalq isə
yarış avtomobillərini idarə edən sürücüləri paltarlarının rənglərinə görə
bir-birindən ayırırdı. Tərəfdarlar başlanğıcda dörd komanda (demos) halında
qruplaşmışdılar. Ancaq daha sonra Ağların mavilərə, qırmızıların isə yaşıllara qoşulması
ilə geriyə Yaşıllar və Mavilər deyə iki komanda qaldı. Bizans xalqı əsrlərlə bu
arabaçılar uğrunda düşmənlə cəng edirmiş kimi bir-birləriylə döyüşmüş və qan
tökmüşlər. Yaşıl və mavi, bilindiyi üzrə, yalnız idman deyil eyni
zamanda siyasi bir qruplaşma idi Hipodrom'un sağ tərəfi
mavi, sol tərəfi yaşıllar üçün ayrılmıştı.
Yaşıllar
və mavilər, loncalar (cəmiyyətlər) halında idi. Bu qrupların seçilən rəisləri yəni
yüksək ünvanlı başçıları (demarkhos) şəhərin mahiyyət etibarı ilə polisləri idi.
Yüzlərlə "demo" dan ibarət olan bu polislər, şəhər asayişini məsul
olduqları kimi, lazım olduğunda sirk divarlarını da qoruyurdular. Əvvəl sirk fəaliyyəti
olaraq başlayan bu fəaliyyətlərə sonralar xalq da qatıldı. Yaşanan rəqabət və
mübarizələr, zamanla sirkdən ümumi həyata, bütün imperatorluğa yayıldı. O günlərin
Bizans modası, Hipodrom'dan çıxardı. Zərif gənclər, bəzən İranlılar kimi saqqal
və bığ buraxar, bəzən də Hun tərzində bir növ potur ilə kundura,naxışlı geniş
geyimlərgeyər, bellərinə iki üzlü qısa qılınclar taxardılar. Bu Hipodrom nümayəndələri,
gecələr Konstantinopol küçələrində dolaşır,qarətçiliklə məşğul olur, hətta
cinayət törədirdilər.Bu gecə əyləncələrinin tətbiqində ilk olaraq
-I.Yustinian İmperatorluq taxtına oturduqdan
sonra yaşıllara qalib gəlməyə başlayan- Mavilər başlamışdı. Hökumət tərəfindən
himayə edilməyən Yaşıllar də özlərini qorumaq üçün bəzi şəbəkələr qurunca
İstanbulda asayiş və təhlükəsizlikdən əsər qalmadı. Kilsədə, ayin əsnasında belə
adamlar öldürülürdü. Bir zərbədə silahsız bir adamı yerə sərmək, onlar üçün əhəmiyyətli
bir idman halına gelmişti
İmperatorun
yoldaşı Teodora'nın yaşıllara qarşı olan nifrətinə görə, Mavilər hər cür
pisliyi və günahı işləməkdə sərbəst buraxılmışdılar. Hökumət, asayiş və
dincliyi çətinliklə təmin edirdi. 532-ci ilin bir bazarında mütəmadi olduğu üzrə
Hipodrom'da müsabiqə keçirilirdi. İmperator I.Yustinian da bu yarışı izləyənlər
içərisində idi. Xalq olduqca həyəcanlı idi. Yarışdan bir neçə gün əvvəl küçə
ortasında cinayətlər işlənmiş və iki-üç adam öldürülmüşdü. Bu hadisələrin əks
olunmasının nəticəsi olaraq Hipodrom'da
səs-küy olduqca çox idi.
İmperator
bu səs-küyə çox dözüm edə bilməyərək xalqa nə istədiklərini soruşdu. Yaşıllar davamlı
məruz qaldıqları zülm və haqsızlıqlardan şikayət etdilər.Ancaq İmperator
I.Yustinian onlara susmalarını əmr etdi. Hətta maviləri dəstəklədiyini açıqca
elan etməsi yaşılları hərəkətə keçirdi. Bunun üzərinə olduqca təhlükəli olan
Nika üsyanı baş verdi. İmperatorun rəftarlarına görə Yaşıllar topluca Hipodrom'u
tərk etdilər.Bu davranış Imperatorluğa qarşı edilə biləcək ən böyük hörmətsizlik
idi.Yaşılların hiddətini yatıra bilməyəcəyini anlayan I.Yustinian sarayına
döndü. İmperator tərəfləri sakitləşdirmək üçün "Mandator" adındakı
xadimi yaşılların liderləri ilə görüşməsi üçün göndərdi.
Teofam'ın
izah etdiklərinə görə; Mandator ilə aralarında keçən dialoq əsnasında Yaşıllar Kalopid
adındakı bir adamın rüşvetxorluq etdiyi iddiasıyla şikayət etdilər. Onu, xəyanət
etmiş Yuda soyundan gələn və Allahın cəzalandıracağı bir adam kimi tanıtdılar. Bu vəziyyətə əsəbiləşən
Mandator onlara "Yəhudilər-Samaritenler" qışqırdı. Yaşıllar isə özlərini Məryəmin qoruduğunu söylədi. Daha sonra mübahisəyəMavilər
də qatıldı. Mandatorun maviləri müdafiə etməsinə hirslənən Yaşıllar
"Maviler'den olmaqdansa Yəhudi olmağı üstün tuturuq" dedilər. Bu
danışıqlardan və Mandator'un rəftarlarından məmnun olmayan Mavilər də yaşıllara
yandaş olaraq qatıldılar.Hakim qüvvənin lüzumundan çox irəli getməsi, Yaşıllar
ilə Mavilərin bir-biriylə razılaşaraq
xalqı da yanlarına alıb I.Yustinian’a qarşı üsyan etməsinə səbəb oldu.
Hipodrom'daki avtomobil yarışlarında tərəfdar olan mavi və yaşıllar zamanla
siyasi, ictimai və dini xüsusiyyət almağa başladı. Bir-birlərinə rəqib olan bu
iki tərəf nifrət etdikləri hökumətə qarşı birləşdi və üsyan şəhərdə sürətlə
yayıldı. Qiyam qaldıranların sayı 100.000’i keçmişdi.. Hər zaman avtomobil
yarışları zamanı dəyişik şəkildə təzahürat edərək öz rənglərini dəstəkləyən
mavi və yaşıllar bu dəfə birləşərək əllərindəki
bayraqları
yelləyib "Nika! ... Nika! ..." (zəfər / qazan mənasında) deyə
qışqırırdılar. Hipodrom'da imperatora belə təhqir etdilər.Yaşananlar qarşısında
qorxan və narahat olan I.Yustinian sarayı
ilə Hipodrom arasındakı dəhlizdən Hipodrom'a gələrək üsyan edən xalqından üzr
istədi. Ancaq xalq təhqirlərə davam etdi.Rəsmi dairələrə hücum edən xalq ən gözəl
bina və sənət əsərlərini atəşə verdi. Senat dairəsi, Ayasofya kilsəsi və
Bizanslıların əyləncəhəyatında əhəmiyyətli bir yerə sahib olan Zeuxipp
hamamları yandırılaraq məhv edildi. İmperatorluğu meydana gətirən
strukturlar iki yüz illik idi və elə güclü idi ki dəyişməz görünürdü.Lakin
buna baxmayaraq üsyan əsnasında Bizansın,demək olar ki,dörddə biri yandı. Belə
ki bir tərəfdən küçələrdə qarşıdurmalar sürərkən digər tərəfdən şəhər alov alov
yanırdı Xalq, köhnə imparatorlardan Anastasius'un bir qardaşı
oğlunu imperator elan etdilər. Digər tərəfdən bütün ümidini itirmiş olan I.Yustinian,
İstanbuldan qaçmağı düşünüb xəzinədəki qiymətli əşyaları sarayın dəniz tərəfindəki
bağçadan gəmilərə yüklətmişdi. Tam ayrılacağı sırada İmperator məclisi son bir
dəfə topladı.İmperatorun xanımı Teodora dabu məclisdə idi. General və nazirlər İmperatorun
qaçma qərarına qatılarkən o ana qədər heç danışmamış olan Teodora ayağa qalxdı:
"Bəlkə qadınların kişilər qarşısında çıxışı və qorxaqlara cəsarət verməsi
doğru deyil. Amma təhlükə anında hər kəs əlindən gələni etməlidir. Mən
qaçmaqdan başqa çarə qalmadığı zaman belə qaçmaq istəmirəm. Başlarına tac geyənlər
o tacı itirdikdən sonra yaşamamalıdırlar. Məni imperatriça sifəti ilə
salamlamayacaqları günü əsla görməyəcəyəm. Qaçmaq istəyirsənsə yaxşı bilirəm,
pulun var, gəmilər hazır, dəniz açıqdır. Mənə gəlincə, mən burada qalacağam.
Hökmdarlıq paltarı gözəl bir kəfəndir məsəlini çoxxoşlayıram”! dedi.Teodora,
hadisə qarşısındakı mətanəti və qəhrəmanlığı nəticəsində həyat yoldaşının
taxtını qurtardı. İmperator və generallar bu çıxışın təsiri iləözlərini
toparladılar.Teodora ərinin imdadına yetişərək üsyanı yatırma vəzifəsini məşhur
komandir Belisari'yə verdi. Belisari, 532 İyununda Hipodrom'daki at yarışında
çıxan və 6 gün davam edən Nika Üsyanını qanlı bir şəkildə basdırdı. Komandir
Belisari və Narses əsgərləriylə Hipodrom'a gələrək bütün qapıları bağlatdırıb Hipodrom'u
atəşə verdilər. Axşama qədər şəhərə damansız bir qırğın oldu. Qaynaqlarda Hipodrom'daki
bu üsyan əsnasında təxminən 30-35 min, bir digər rəvayətə görə isə 50 min nəfər
öldürüldü. Komandirlərin müdaxiləsi nəticəsində mavilər yaşıllardan
ayrılaraq İmperatoru alqışladı və
beləcə üsyan yatırıldı. Lakin günahkarlara qarşı edam və işgəncələr sürdüyü
üçün şəhər bir müddət daha dəhşət içində
kaldı.
İstifadə olunmuş ədəbiyyat
Ahmed
Refîk, Bizans İmparatoriçeleri,(Çev. Muammer Yılmaz), İstanbul, 2012.
AKALIN,“Roma Uygarlığı”,İstanbul, 2010.
DİEHL
Charles, Bizans İmparatorluğunun Tarihi, (Çev. A.Gökce Bozkurt),İstanbul,
2010.
DİKİCİ Radi, Şu Bizim
Bizans, İstanbul, 2007
Çox tesir edicidi xanim .alqişlayiram bele.melumatlari bizlere catdirdiginiza gore
YanıtlaSilSagolun
YanıtlaSil